Sentyabr 30, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Qarşımızda böyük hədəflər durur – Qələbə, Zəfər! – Vaqif Osmanov yazır…

Ramil Səfərovun qəhrəmanlığını, milli təəssübkeşliyini, vətənsevərliyini, düşmənə nifrətini gözü götürməyib anti-təbliğat aparanların, yaxud anlamadan bu çirkin oyunun iştirakçısına çevrilənlərin milli kimliyində, milli ruhunda, təfəkküründə ciddi problemlər olduğu şübhəsizdir. İnanıram ki, mənim subyektiv fikrimlə xaqımızın 99.99 faizi şərikdir. Qalan 0.001 faiz sapı özümüzdən olanlara və yaxud olmayanlara hərdənbir rast gəlmişik. Belələrindən sahibləri suyu bulandırmaq üçün istifadə edirlər.
Lazımsız olanda qurbanlıq keçiyə çevrilirlər.
Bir mənalı deyirəm, Ramil Səfərov qəhrəmandır! Analar Ramilləri, Mübarizləri təəssüf ki, tez-tez doğmurlar. Belə cəsarətli oğullar xalqın şərəfinin, namusunun, qeyrətinin daşıyıcısı, qoruyucusu kimi dəyərləndirilməli, qürur, and yerimiz olmalıdır. Onlar müqəddəsdirlər. Müqəddəs dəyərlərə ağız büzənlər həmişə nifrətə layiqdirlər.
Ramil Səfərov azğın, quduz, bədxah düşməni öldürüb, xalqımızı,, bayrağımızı təhqir edəni. Düşməni öldürərlər, başını sığallamazlar ki. Düşməni öldürəni düşmən saymaq ən yumşaq desək, nankorluqdur. Nə yazıq ki, cəmiyyətimizdə belələri var. Onlar piylənmiş, manqurtlaşmış beyinləriylə Ramil Səfərovu və digər ləyaqətli oğulları qınaq obyektinə çevirməklə an azı xain düşmənə xidmət edirlər. Tanrı Türkü tülkülərdən qorusun!
Asif Ata deyirdi ki, qorxu ölümdən qabaqkı ölümdür. Ramil Səfərov qorxmadı, ölümə qalib gəldi. Ona görə də yaşayır və yaşayacaq. D.Fonvizinin fikrinə görə, daim namuslu olmaq istəyirsənsə, ömrünün mənasını Vətənə xidmətdə gör. Ramillər, Mübarizlər, Çingizlər, Fəridlər belə Vətən oğullarıdır. “Sonunu düşünən cəsur olmaz” (Şeyx Şamil).
Ramil Səfərovun qəhrəmanlığına çirkab atmaq istəyənlərin – Türkün düşmənlərinin arzusu min-min illərdir ürəyində qalıb. Bu anti-təbliğatda canfəşanlıq göstərənlər Türkün böyüklüyündən qorxanların verdiyi tula payını – it yalını yalaya-yalaya tarixin yaddaşından silinəcəklər. Belə Yalıncıqları tarix bağışlamır.
YAZARBAYCAN.AZ  saytının “Müharibələr – Qarabağ müharibəsi – Ramil Səfərov” mövzusunda ədəbi müsabiqə elan etməsi vaxtında atılmış addımdır. Çünki son zamanlar xalqımızın nəinki xaricdəki, eləcə də içimizdəki düşmənləri quduzlaşıb üstümüzə diş qıcayırlar. Xalq qəhrəmanları ilə tanınır, bütövləşir, mətinləşir. Saytın rəhbərliyinə təşəkkür edirəm ki, bu xeyirxah işi görür. Unutmayaq ki, söz yenilməz, böyük və əbədidir.
Çalışmalıyıq ki, soyu-kökü qarışıq satqınlar düşmən dəyirmanına su tökməsin. Belə dəyirmanın çax-çuxuna da qulaq asmağa vaxtımız yoxdur. Qarşımızda böyük hədəflər durur – Qələbə, Zəfər!
 
 
VAQİF OSMANOV.

Bizi Telegram-da oxuyun.