İyul 3, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

92 yaşında gözləri görmədən səhnəyə çıxan xalq artisti- Azərbaycan kinosunun “Rüstəm bəy”i

 

92 yaşında gözləri görməsə də səhnəyə çıxan,Azərbaycan kinosunun “Rüstəm bəy”i Ağasadıq Gəraybəyli 1897 ci il,martın 15-də Şamaxıda bəy ailəsində anadan olub.

Atasının erkən itirən Ağasadıq Şamaxı zəlzələsindən sonra,5 yaşında ikən Bakıya gəlir.

Burada yaşlı bir kişi onun kimsəsiz olduğunu biləndə balaca Ağasadıqı öz ailəsinə qəbul edir.

Məktəb illərində yazıçı-dramaturq Cəfər Cabbarlı ilə bir sinifdə oxuyur.

Ağasadığın qardaşı Ağayar Hüseyn Ərəblinskinin truppasında rejissor idi.Bir dəfə qadın rolunun ifaçısı olan aktyor xəstələndiyi üçün Ağayar həmin rola 15 yaşlı Ağasadıqı aparır və o, ilk dəfə səhnəyə çıxır.

Tamaşa zamanı səhnədə Ərəblinskinin ağladığını görəndə dözmür,o da ağlayaraq səhnədən qaçır.

Bir neçə il sonra Ağasadıq “Şəfa” teatr dərnəyini yaradır. Hacı Zeynalabdin Tağıyev dərnəyin işini o qədər bəyənir ki, aktyorların hamısını qızılla mükafatlandırır.

Ağasadıq Gəraybəyli peşəkar səhnəyə 1921-ci ildə Bakl Türk Azad Təbliğ və Tənqid teatrının səhnəsindən gəlib və 11 il burada çalışıb.1933-cü ildən ömrünün sonuna qədər isə Akademik Dram Teatrında çalışıb.

O,Cəfər Cabbarlının demək olar ki,bütün pyeslərində iştirak edir.70 illik yaradıcılıq dövründə 200- dən artıq obrazı canlandırıb.

Onu ilk dəfə filmə Cəfər Cabbarlı dəvət edir.Səssiz “Sevil” filmində ona Balaş rolunu verir. “Fətəli xan “,”Bəxtiyar”,”O olmasın,bu olsun”,”Qızmar günəş altında”,”Leyli və Məcnun”,”Poçt qutusu”,”Ulduzlar sönmür”,”Bizim küçənin oğlanları”,”Mən mahnı qoşuram” filmlərində çəkilib. Sonuncu rolu “Xurşudbanu Natəvan” əsərində yaşlı knyaz obrazı olub.

Rolunu o qədər mükəmməl oynayır ki, həmkarlarının çoxu,eləcə də tamaşaçılar bilmir ki,92 yaşlı sənətkarın gözləri görmür.

Xalq artisti 1988-ci ildə Bakıda vəfat edir.Məzarı ikinci fəxri xiyabandadır.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli xalq artistinin nəvəsidir.

Bizi Telegram-da oxuyun.