
Moskva şəhərində yerləşən Şərq Muzeyində 5 fevral-1 mart tarixləri aralığında “Sovet Azərbaycanının sədası”, “Xalça”, “Tikmə”, “Plakat” adlı sərgi keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Moskva meriyasının saytında məlumat verilib.
Ekspozisiya mühüm tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etdiyini izah edəcək.
Sərgidə 40 eksponat nümayiş olunacaq.
Bunların içərisində Azərbaycan Milli Xalça Muzeyinin (Bakı) kolleksiyasında olan 1920-1970-ci illərin xalçaları, “Marcani” fondunun (Moskva) təqdim etdiyi plakatlar, habelə Şərq Muzeyinin kolleksiyasından yığılmış inqilabi dövrün tikmə və eskizləri sərgiyə gələnlərin ixtiyarına veriləcək.
Oxşar yazılar
Stalinin “Qafqaz gözəli” adlandırdığı, səhnəmizin ən gözəl qadınlarından biri… – Leyla Bədirbəyli
92 yaşında gözləri görmədən səhnəyə çıxan xalq artisti- Azərbaycan kinosunun “Rüstəm bəy”i
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötdü…