Noyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlandı

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının 19 yanvarda efirə gedən verilişi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub. Veriliş “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi ilə hazırlanıb.

Yazarbaycan.az AZƏRTAC– a istinadla xəbər verir ki, Türkiyədə milli rəqslərimizi ifa edən həmyerlimiz Səidə Ömərin müəllifi və aparıcısı olduğu verilişə “CanAzərbaycan” media şirkətinin qurucusu və rəhbəri, jurnalist Namık Kemal Yıldırım və İstanbul Universitetinin professoru, tarixçi Halil Balqonaq olublar.

Verilişdə 20 Yanvar hadisələrinin mahiyyəti, səbəbləri, faciənin acı nəticələri barədə ətraflı fikir mübadiləsi aparılıb. O günü əks etdirən videoçarx nümayiş etdirilib. 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Can Azərbaycan” media şirkəti tərəfindən nəşr edilmiş “Ağla qərənfil ağla” kitabı təqdim edilib.

Bizi Telegram-da oxuyun.