
22 yaşında şəhid olan, Azərbaycanın milli qəhrəmanı Qasım Rzayev 1970-ci il,mayın 5-də Tovuzun Əlibəyli kəndində anadan olub. Sürücülük peşəsinə yiyələnən Qasım Sovet ordusunda hərbi xidmətə başlayır.
1990-cı ildə vətənə qayıdaraq sevdiyi xanımla ailə həyatı qurur.Həmin zamanlarda Tovuzda erməni quldurlarına qarşı hərbi birləşmələr yaradılır.Qasım ailəsinin etirazına rəğmən könüllü olaraq döyüşlərə gedir.
Milli ordunun ilk əsgərlərindən biri olan Qasım Muncuqlu,Ağdam,Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşub. O,idarə etdiyi texnikaya mərmiatan qurğu qoşaraq ermənilərin üzərinə od yağdırırdı. 1992-ci il fevralın 14-də “Qan çanağı” deyilən ərazidə ermənilər hücum edərkən Qasımın başçılıq etdiyi dəstə ilə qarşılaşırlar. Qasım və silahdaşları erməniləri məhv edərək onların PDM-ni də yandırır.
Mayın 14-də ermənilər Tovuzun sərhədyanı bölgələrinə hücum edirlər.Qasım qurğunu işə salaraq bu hücumun qarşısını alır.Ermənilər Tovuza daxil ola bilmirlər.
Lakin ermənilərin top mərmilərindən biri Qasımın olduğu maşının üstünə düşür.22 yaşlı Qasım Rzayev şəhid olur.
Əlibəyli kənd qəbiristanlığında dəfn olunsa da,dostları onun şəhid olduğu yerə kiçik bir xatirə lövhəsi qoyaraq həmin yeri “Qasım dağı” adlandırırlar.
Qasım Rzayev “Milli qəhrəman ” adı ilə təltif edilib.
Oxşar yazılar
Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu…
“Torpağı işğal altında olan döyüşçü qəhrəman ola bilməz və yaxasına medal taxa bilməz”- deyə düşünürdü Namiq…” – Sevil Gül Nur yazır…
“Həmişə özümə arzu etmişəm ki, vətən yolunda şəhid olum” – Şəhid Pəncəli Teymurov