Avqust 6, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Bu gün tanınmış nasir, tərcüməçi, dramaturq, şair Əyyub Qiyasın ad günüdür…

Bu gün Azərbaycan əbəbiyyatına və mədəniyyətinə saysız-hesabsız ,dəyərli tohfələr bəxş edən, sevilən şair-yazıçının doğum günüdür.

YazarBaycan.az saytının kollektivi adından dəyərli şair-yazıçı Əyyub Qiyası bu gözəl gün münasibətilə ürəkdən təbrik edir,ona daha böyük yaradıcılıq sevincləri arzulayırıq.

 

Əyyub Qiyas oğlu Abasov 1968-ci il 14 dekabr tarixində Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. 19861990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr sənəti” fakültəsində təhsilini davam etdirib. 19911993-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. “Azərbaycan televiziya tamaşaları” mövzusunda tədqiqat üzərində çalışıb.

1988-1990-cı illərdə Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1990-1991-cı illərdə “Cığırdaş” gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru, 1991-1992-ci illərdə “168 saat” qəzetinin baş redaktorunun müavini, 1992-1993-cü illərdə “Xəzər” jurnalının redaktoru olub.

1993-1997-ci illərdə Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən “Ziya” mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb. 1997-2012 -ci illərdə Sumqayıtdakı “İnter-Press” mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub. 2004-cü ildən “Sahilsiz dəniz” dərgisinin baş redaktorudur, 2004-2014-cü illərdə “Ulduz“, 2011-2012-ci illərdə “Ulu çinar“, 2014-cü ildə “Qobustan” dərgilərinin redaksiya heyətinin və 2004-2014-cü illərdə AYB  gənclər şurasının üzvü olan Əyyub Qiyas Prezident təqaüdçüsüdür.

Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. 1996-cı ildə “Mən bir sapand daşıyam ki…” (şeirlər), “Qarışqa” (povest və hekayələr) kitabları nəşr olunub. Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib.

2016-cı ilin may ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə mərkəzində və “Xəzər” dərgisində redaktor işləyib. 2017-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına qədər “Qanun” nəşriyyatında redaktor olub.(mənbə:Vikipediya)

 

 

Bu baş bu çiynə yük olub,

Durub bir edam gözləyir.

Baltalar sahib axtarır,

Kəndirlər adam gözləyir.


Dağılıb ocaq, yurd-yuva,

Salıb bizi qovhaqova,

Hardasa yol azıb Həvva,

Yolunu Adəm gözləyir.


Çörək yavan, loxma acı,

Tükənib haqqın əlacı…

Qəbirlər qapısın açıb,

Qurbanlıq bədən gözləyir…

 

………


Burda yağışlar yağır,

Yuyur səssiz ruhları.

Burda yağışlar yağır,

Yuyammır günahları.


Burda buludlar sarı,

Dünyanın üzü bozdur.

Yağışlar yağsa belə,

Hər tərəf yenə tozdur.


Bura ölümə yaxın,

Ömürdən qəlbi yerdi.

Burda adamlar deyil,

Divarlar yeriyirdi…

 

(Əyyub Qiyas)

 

 

Bizi Telegram-da oxuyun.