Noyabr 26, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

“Ondan başqa bütün eşidənlər çox yüksək səslərdən kar olar…” – Hz. Əli

Əli (ə): Ondan başqa bütün eşidənlər çox yüksək səslərdən kar olar (onları eşitməzlər), yavaş və uzaqdan gələn səsləri isə eşitməzlər. Ondan qeyri bütün görənlər gizlin rənglərə və (zərrələr kimi) zərif cisimlərə (onları görməyə) kordur. (Nəhcul-Bəlağə, 64-cü xütbə.)
Əli (ə) burada eşitmə və görmə diapazonuna işarə edir, insanlar yüksək və alçaq tezlikli səsləri eşitməzlər, eyni zamanda da işıq şüaları içində insan çox kiçik bir spektda rəngləri görə bilirlər, halbuki bu görə biləcəyimiz işığın çox cüzi bir hissəsidir. “Gizlin rənglər” -ə misal ultrabənövşəyi şüaları göstərə bilərik, zərif cisimlərə də atom hissəsicləri kimi kiçik ölçülər və ya rəngsiz cisimlər nümunə ola bilər.


Əli (ə) Fərat çayında oturmuşdu və əlində çubuq var idi, onunla suyun üzünə vurdu və dedi: Əgər istəsəydim sizin üçün sudan nur və nar (od) düzəldərdim. (Təsnif Nəhcul Bəlağə, səh. 782)


Sudan işıq düzəltmək məsələsi aydındır, burada sudan elektrik almaq nəzərdə tutulur, eyni zamanda həmin elektrikdən qızdırıcı da düzəltmək mümkündür. Yaxud da burada istilik enerjisi nəzərdə tutulur. Ancaq burada başqa bir məsələ də var. Su parçalandıqda oksigen və hidrogendən ibarətdir. Oksigen özü yanmanı təmin edən elementdir. Həmçinin hidrogendən də yanacaq kimi istifadə edilir. Əli (ə) o dövrün insanları tərəfindən başa düşülmədiyi üçün bu məsələni rəmzlərlə başa salır.

Bizi Telegram-da oxuyun.