İyul 9, 2020

Yazarbaycan

Milli Yazarların Portalı

Fəaliyyətə başladıq

Hörmətli oxucular!

Bu gün istər ədəbiyyat, istər mədəniyyət, istər elm sahəsində çoxlu sayda müəlliflər öz araşdırma yazılarını, yaratdıqları ədəbi-bədii mətnləri oxuculara təqdim etməkdə çətinlik çəkirlər. Cəmi  bir neçə mətbu orqanı çıxmaq şərtilə əksər sayt, qəzet və jurnallarda adətən redaktorların ətrafı, dostları, qohumları “at oynadır.” Bu vəziyyət isə öz növbəsində əsl istedadların kölgədə qalmasına səbəb olur, oxucuların daha ciddi, daha tutarlı mətnlərlə, araşdırmalarla tanışlığına əngəl yaradır.

Bu halları bacardığımız qədər aradan qaldırmaq üçün YazarBaycan.az saytını yaratdıq. Məqsədimiz elmin, mədəniyyətin, ədəbiyyatın inkişafına dəstək olmaq, istedadına güvənən hər kəsin çıxış edə biləcəyi tribunanı sizin ixtiyarınıza verməkdir.

Inanırıq ki, bu yolda bizə dəstəyinizi əsirgəməyəcək, bizi daim izləyərək nöqsanlarımızı vaxtında bildirəcəksiniz.

24 noyabr 2019-cu il tarixinin Azərbaycan mətbuat tarixində YazarBaycan.az saytının yaranma günü kimi hörmətlə anılacağına ümid bəsləyirik.
Hörmətlə Redaksiya Heyəti

 

 

Bizi Telegram-da oxuyun.